Hollivud ulduzları Los-Ancelesdəki meşə yanğınları səbəbindən evlərini tərk edirlər
Los-Ancelesdəki meşə yanğınları elit Pasifik-Palisades bölgəsində yaşayan Hollivud aktyorlarını evlərini tərk etməyə məcbur edib, - deyə “Reuters” yazır. Onların arasında aktrisalar Ceymi Li Kertis, Mendi Mur, jurnalist Mariya Şrayver, aktyor Mark Hemill və digər məşhurlar var.
Fhnews.az xarici mətbuata istinadla xəbər verir ki, ən böyük yanğın Santa-Monika və Malibu şəhərləri arasında yerləşən Pasifik-Palisadesda təxminən 4,9 min hektar ərazini əhatə edib.
“Dəhşətlidir, fəlakətdir, ağlasığmazdır. Hər şey yoxa çıxdı. Ərazimiz, restoranlarımız. Yanğınsöndürənlər əllərindən gələni edirlər, lakin yanğın çox böyükdür və nəzarətdən çıxıb”, - deyə jurnalist Maria Şrayver X sosial şəbəkəsində yazıb. Pasifik-Palisadesdəki evindən evakuasiya edilən aktyor Ceyms Vuds yazıb: “Ətrafımızdakı bütün evlər alov içində idi”.
Təşkilatçılar bildiriblər ki, təbii fəlakət səbəbindən “Critics Choice Awards” mükafatlarının təqdim edilməsi iki həftə təxirə salınıb, “Oskar” mükafatına nominantların elan edilməsi iki gün gecikdirilib. Jimmy Kimmel Live və “Ehtiras anatomiyası” kimi bəzi televiziya şoularının istehsalı dayandırılıb və bir neçə filmin premyerası ləğv edilib.
Meşə yanğınları Cənubi Kaliforniyada yanvarın 7-də yayılıb. ABŞ Prezidenti Co Bayden ştatda fəlakət rejimi elan edib. Los-Ancelesda Hollivuda yaxın ərazilərdə yaşayan sakinlər üçün evakuasiya əmri verilib. “The Washington Post”un məlumatına görə, yanğınlar nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Salvadorda 5,8 bal maqnitudada zəlzələ...
Los-Ancelesdə daha 200 min nəfərə...
Oman, Səudiyyə Ərəbistanı və Qətərdə...
İngiltərədə soyuq hava dalğası və...
Şirin su heyvanlarının təxminən dörddə...