10 yanvar 2025, cümə Bakı, 5°C
IMG-LOGO

Ötən il Azərbaycanda 400 minə yaxın şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

09-01-2025
IMG

Ötən il Azərbaycanda 396,7 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Fhnews.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 160 min şəxs münasib işlərlə təmin olunub, 17,3 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

Həmçinin keçən il 15,6 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub. Ötən il Agentlik tərəfindən 203,8 min şəxsə peşəyönümü xidmətlər də göstərilib.

Paylaş: