TDT: Türkdilli ölkələr arasında sadələşdirilmiş gömrük dəhlizi Türk dünyasında ticarəti asanlaşdırmağı hədəfləyir
Türk Dövlətləri Təşkilatı (TDT) türkdilli ölkələr arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması ilə bağlı Sazişin qüvvəyə minməsi ilə bağlı açıqlama yayıb.
Fhnews.az xəbər verir ki, “Daha güclü ticarət əməkdaşlığı və nəqliyyat əlaqəsi üçün irəliləyiş addımı” başlığı ilə yayımlanan açıqlamada deyilir: “Türk Dövlətləri Təşkilatının (TDT) 2022-ci il noyabrın 11-də Səmərqənddə keçirilən Zirvə Görüşü zamanı imzalanan “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin 2024-cü il noyabrın 29-da qüvvəyə mindiyini elan etməkdən məmnuniyyət hissi keçiririk”.
Mətndə bu təşəbbüsün gömrük prosedurlarını asanlaşdırmaq, rəqəmsal məlumat mübadiləsini inkişaf etdirmək və tranzit müddətlərini qısaltmaqla, Türk dünyası arasında ticarəti asanlaşdırmağı hədəflədiyi vurğulanıb.
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...
Azərbaycan və İran XİN rəhbərləri...
RF Dövlət Duması Bakıda keçirilən...
Milli Məclisdə 2025-ci ilin dövlət...