30 yanvar 2025, cümə axşamı Bakı, 8°C
IMG-LOGO

Sudanda xəstəxanaya hücum: 70-dən çox adam ölüb

25-01-2025
IMG

Sudanın Şimali Darfur əyalətinin mərkəzi olan Faşir şəhərindəki xəstəxanaya pilotsuz təyyarənin hücumu nəticəsində 70-dən çox adam ölüb.

Sudan Xəbər Agentliyinin məlumatına görə, Darfur bölgəsinin rəhbəri Mini Arko Minavi sosial media hesabında etdiyi paylaşımda, Sürətli Dəstək Qüvvələrinin Şimali Darfur əyalətinin mərkəzi olan Faşirdəki Səudiyyə xəstəxanasının təcili yardım şöbəsini dron ilə hədəf aldığını bildirib.

Minavi hücumda təcili yardım otağında olan bütün xəstələrin, o cümlədən qadınlar, uşaqlar və 70-dən çox xəstənin öldüyünü bildirib.
Hücumun fotolarını da paylaşan Minavi xəstəxananın təcili yardım şöbəsində dağıntı və qan izlərinə diqqət çəkib.

Qeyd edək ki, Sudanda 2023-cü il aprelin 15-dən bəri ordu ilə bir vaxtlar ona bağlı olan Sürətli Dəstək Qüvvələri arasında hərbi islahatlar və inteqrasiya kimi məsələlərdə fikir ayrılıqları səbəbindən qarşıdurmalar yaşanır.Bu müharibəni sona çatdırmaq üçün başlayan bütün həll cəhdləri uğursuz olub.

BMT-nin məlumatına görə, dünyanın ən böyük köçkünlük və aclıq böhranının yaşandığı Sudanda qarşıdurmalar nəticəsində 20 mindən çox insan həyatını itirib.

2023-cü ilin aprelində müharibə başlayandan bəri ölkəni tərk edənlərin sayı 3 milyonu ötüb, 9 milyona yaxın insan isə ölkə daxilində didərgin düşüb. 25 milyondan çox insanın humanitar yardıma ehtiyacı var.

Paylaş: