Pakistanda avtomobil yollarına təklif edilən investisiyalar müzakirə olunub
Azərbaycan Pakistanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Fhnews.az xəbər verir ki, bu fikri Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov İslamabadda bu ölkənin özəlləşdirmə və kommunikasiyalar üzrə federal naziri Əbdül Alim Xanla görüşərkən söyləyib.
Görüş çərçivəsində tərəflər Pakistan ilə Azərbaycan arasında ticarət tərəfdaşlığının təşviqi barədə razılığa gəliblər.
Nazir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etdiyini və Azərbaycan Respublikasının Bakıda qlobal platformada ölkənin potensialını nümayiş etdirdiyini bildirib. O, Pakistanın COP29-da güclü təmsilçiliyini yüksək qiymətləndirib.
Daha sonra azərbaycanlı diplomat və pakistanlı nazir Kəraçi-Sukkur və Sukkur-Heydərabad M6 və M9 avtomobil yollarına təklif olunan investisiyaları müzakirə ediblər.
Evdə çox əzizlənən, yaxud laqeyd...
Oturaq həyat tərzi ürək sağlamlığına...
Hindistanda 5,3 bal gücündə zəlzələ...
Rusiyanın Kamçatka bölgəsində zəlzələ...
Alimlər içməli sudakı mikroplastikləri...