İranda hər il təxminən 40 min insan havanın çirklənməsi səbəbindən ölür
Ölkədə havanın çirklənməsi 1 ildə təxminən 21 min insanın ölümünə səbəb olub. Havanın çirklənməsi İranın bir çox şəhərlərində həyata mənfi təsir göstərir. İsfahan şəhərində havanın çirklənməsi riskli həddə çatıb,üz-üzə təhsil dayandırılıb.
Bu barədə İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərkəndi məlumat verib və əlavə edib ki, ölkədə hər il təxminən 40 min insan havanın çirklənməsi səbəbindən həyatını itirib.
Nazirin sözlərinə görə, havanın çirklənməsi ölkəyə təxminən 12 milyard dollara başa gəlir. Bu vəziyyət göstərir ki, bu problem həll edilməlidir.
İranlı nazir bəyan edib ki, havanın çirklənməsi xüsusilə uşaqlarda astma və ağciyər xəstəliklərinə səbəb olur.
Evdə çox əzizlənən, yaxud laqeyd...
Oturaq həyat tərzi ürək sağlamlığına...
Hindistanda 5,3 bal gücündə zəlzələ...
Rusiyanın Kamçatka bölgəsində zəlzələ...
Alimlər içməli sudakı mikroplastikləri...