4 dekabr 2024, çərşənbə Bakı, 11°C
IMG-LOGO

COP16-da Türkiyənin “Səhralaşma ilə Mübarizə üzrə Milli Strategiyası” açıqlanacaq

30-11-2024
IMG

Türkiyənin “Səhralaşma ilə Mübarizə üzrə Milli Strategiyası” və bu istiqamətdə nəzərdə tutulan fəaliyyət planı dekabrın 2-13 tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının Tərəflər Konfransının 16-cı sessiyasında (COP16) açıqlanacaq.

Fhnews.az xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib.

Dünya miqyasında sahə üzrə əməkdaşlığın gücləndirilməsini hədəfləyən COP16-da əsasən quraqlıq, miqrasiya, qum və toz fırtınaları, davamlı kənd təsərrüfatı, qida sektoru kimi bir çox vacib məsələ müzakirə olunacaq.

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi tərəfindən aparılan işlər çərçivəsində COP16-da iqlim dəyişikliyi, səhralaşma, eroziya və quraqlıqla mübarizədə qlobal əməkdaşlığa töhfə verilməsi hədəflənir. Tədbir çərçivəsində açılacaq Türkiyə pavilyonunda isə mövzu ilə bağlı bir çox panel və tədbir təşkil olunacaq.

Paylaş: