Bu il e-sosial.az portalından 5,4 milyon dəfə istifadə olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az internet portalından bu il 5,4 milyon dəfə istifadə olunub.
Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd edilib ki, ölkənin sosial reyestri olan həmin portal 2019-cu ildə istifadəyə verilib. Vətəndaşlar özləri haqqında toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) e-sosial.az internet portalı vasitəsilə çıxış imkanına malikdir.
Portal, həmçinin sosial-əmək hüquqlarının təminatına nəzarət, eləcə də pensiya, müavinət, təqaüd, əlillik, reabilitasiya, məşğulluq, iş yeri və s. barədə 30-dan çox növdə elektron arayış əldə etmək imkanı da verir.
E-sosial.az portalından qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı artmaqda davam edərək 1,6 milyonu ötüb.
Sabahın hava proqnozu açıqlanıb...
Azərbaycan Respublikasının fövqəladə...
NİİM: Qəzalar bəzi sürücülərin...
BDYPİ piyadalara çağırış edib...
FHN Akademiyasında Azərbaycan dilinin...