19 dekabr 2024, cümə axşamı Bakı, 6°C
IMG-LOGO

Bosniya və Herseqovinada havanın çirklənməsi səbəbindən görmə qabiliyyəti azalıb

19-12-2024
IMG

Hava keyfiyyəti texnologiya şirkəti “IQAir”ın məlumatlarına görə, hava çirkliliyinin 235 ilə ölçüldüyü paytaxt Sarayevo "dünya metropoliten hava keyfiyyəti" sıralamasında havanın ən çirkli olduğu 10 şəhər arasında yer alıb.

Bosniya və Herseqovinanın Hidrometeorologiya Təşkilatı paytaxtla yanaşı bir çox şəhərdə təsirli olan hava çirkliliyinin bir müddət də davam edəcəyi ilə bağlı məlumatı paylaşıb.

Bosniya və Herseqovina Avtomobil və Motorlu Vasitələr Klubu da hava çirkliliyi və sıx duman səbəbiylə yollarda görmə qabiliyyətinin azaldığını xatırladıb və sürücülərdən diqqətli olmalarını istəyib.

Tarixi və təbii gözəllikləri ilə məşhur olan Sarayevoda qış aylarında adi hala çevrilən havanın çirklənməsinə mütəxəssislərin fikrincə, çox köhnə model nəqliyyat vasitələrinin işlənmiş qazları ilə yanaşı, istilik üçün istifadə edilən aşağı kalorili yanacaqlar səbəb olur.

Paylaş: