Yeni Dehlidə havanın çirklənməsi səbəbindən vətəndaşlara "evdə qal" çağırışı edilib
“IQAir” texnologiya şirkətinin məlumatlarına görə, Yeni Dehlidə Hava Keyfiyyəti İndeksi "təhlükəli" olaraq təyin olunan 300 həddini keçərək 581-ə yüksəlib.
Rəsmilər vətəndaşların havanın çirklənməsi səbəbindən nəfəs almaqda çətinlik, göz və boğazda qaşınma kimi şikayətlərlə qarşılaşa biləcəyini ifadə edərək, insanları bağlı yerlərdə qalmağa çağırıb.
“IQAir” rəsmisi Frank Hammes Yeni Dehlidə havanın çirklənməsinin Covid-19-dan daha çox təhlükəli olduğunu və ictimai sağlamlığa təsir göstərə biləcəyini qeyd edib.
Səhiyyə mütəxəssisləri çölə çıxmalı olan vətəndaşlara maska taxmağı tövsiyə edib.
“Mərhələli Mübarizə Fəaliyyət Planı (GRAP)" çərçivəsində məktəblərin əksəriyyəti təhsildə hibrid modelə keçib, bütün inşaat işləri müvəqqəti olaraq dayandırılıb.
Ginnesin Rekordlar Kitabına düşən...
Avropada uşaqları qorumaq üçün...
Türkiyə Silahlı Qüvvələri daşqınlardan...
Belçika son həftələrdə "gün işığı...
Beynəlxalq Enerji Agentliyi: Bu il...