Altıncı nəsil döyüş təyyarəsi layihəsi
İngiltərə, İtaliya və Yaponiyanın müdafiə və aviasiya sektorları arasında edilən razılaşma ilə altıncı nəsil döyüş təyyarəsi sisteminin inkişaf etdirilməsi layihəsinin təfərrüatları açıqlanıb.
İtaliyadan “Leonardo”, Böyük Britaniyadan “BAE Systems” və Yaponiyadan “JAIEC” müdafiə şirkətləri Qlobal Döyüş Hava Proqramı təşəbbüsü çərçivəsində yeni birgə müəssisənin yaradılması barədə razılığa gəldiklərini bildiriblər.
Üç qrupun birgə bəyanatına əsasən, yeni birgə müəssisənin 2025-ci ilin ortalarında yaradılması gözlənilir.
Şirkətlərin hər biri müəssisənin üçdə birinə sahib olacaq. Baş ofisi İngiltərədə olacaq yeni şirkətin ilk CEO-su İtaliyadan olacaq. Yeni nəsil təyyarənin 2035-ci ildə xidmətə girməsi və ən azı 2070-ci ilə qədər istifadədə qalması planlaşdırılır. Altıncı nəsil döyüş təyyarəsi Amerika F-35-ə rəqib olaraq görülür və EuroFighter Typhoon təyyarələrini əvəz edəcəyi gözlənilir.
Vanuatudakı dağıdıcı zəlzələdə 14 nəfər...
ABŞ-lı astronavtlar 6 aydır Yerə qayıda...
İsveçdə qadınlarda xərçəngin erkən...
Alimlər qan damarlarının formalaşmasında...
Kalorili qida piylənmə vəziyyətindən...