AFAD sədri Okay Memiş: “Sednayda 3 sahədə işlərimiz tamamlandı”
Fövqəladə Hallar və Fövqəladə Halların İdarə Edilməsi -AFAD sədri Okay Memiş Sednaya həbsxanasında qapalı qaldığı düşünülən insanlar üçün aparılan işlərdə indiyə qədər sağ qalmış kimsənin izi tapılmadığını bildirib: “Bu gün bina daxilində işləri başa çatdırdıq. Sabah da bu sahədə işlərimizi davam etdirəcəyik. Biz Türkiyə Cümhuriyyəti və Türk milləti olaraq suriyalı qardaşlarımızın yanındayıq. Bu çətin dövrdə onlara kömək etməyə çalışırıq. Bu zülmkar, totalitar rejimin nələrə səbəb olduğunu artıq bu binada görmüşük. Bütün dünya bu qeyri-insani rejimin əməllərinin şahidi oldu. Ona görə də bu çətin günlərdə biz Türkiyə Cümhuriyyəti Dövləti və onun beynəlxalq humanitar yardım təşkilatı AFAD olaraq buradakı qardaş və bacılarımızın yanındayıq.”
Hazırda bununla bağlı açıqlama verən Okay Memişin görülən işlərlə bağlı verdiyi məlumatların təffərrüatları az sonra açıqlanacaq.
Vanuatudakı dağıdıcı zəlzələdə 14 nəfər...
ABŞ-lı astronavtlar 6 aydır Yerə qayıda...
İsveçdə qadınlarda xərçəngin erkən...
Alimlər qan damarlarının formalaşmasında...
Kalorili qida piylənmə vəziyyətindən...