Venesiya sahillərində gizli adacık peyda olub
Venesiya laqonunda maraqlı təbiət hadisəsi baş verib. Əsrlər boyu yay aylarında qısa müddət ərzində meydana çıxan Bacan adası indi daimi bir adaya çevrilib. Bu, həm yerli sakinlər, həm də qonaqlar üçün yeni çimərlik fürsəti təqdim etsə də, mütəxəssislər ərazinin ekosistemindən narahatdırlar. Venesiya laqonunun bənzərsiz gözəlliyi və tarixi əsrlər boyu turistlərin diqqət mərkəzində olsa da, bölgədə meydana gələn yeni ada diqqəti cəlb edir. Bacan yayda laqonun sularından qalxan, qışda dalğalarla birlikdə yoxa çıxan bir qum adası idi. Lakin 2020-ci ildə Venesiyanı daşqınlardan qorumaq üçün inşa edilən MOSE adlı sel baryeri istifadəyə verildikdən sonra ada dalğalara qarşı müqavimət qazanaraq qalıcı oldu.
Bu gün uzunluğu təxminən 250 metr, eni isə 10 metr olan adada yosun, qamış kimi bitkilər bitir. Mütəxəssislər bu bitki örtüyünün torpağı qoruyaraq adanın möhkəmlənməsinə töhfə verdiyini bildiriblər.
MOSE Venesiyası Adriatik dənizindən gələn yüksək dalğalardan qoruyan bir sistemdir. Qışda qaldırılan maneələr güclü dalğaların laquna çatmasının qarşısını alır. Bu, Bacan qumlarının yuyulmasının qarşısını aldığı üçün adanın daimi olmasına kömək edir.
Mühəndis Giovanni Cecconi bu inkişafı insan müdaxiləsinin laqunda necə müsbət ekosistem yarada biləcəyinə bir nümunə hesab edir.
Lakin bəzi ekspertlər lagunun zərif ekosistemə təsiri barədə xəbərdarlıq edirlər. Padova Universitetindən professor Andrea Alpos adanın perspektivdə qalıcılığının qeyri-müəyyən olduğunu bildirib.
O, MOSE maneəsinin duzlu bataqlıqlara mənfi təsirlərini də qeyd edib. Duz bataqlıqları karbonun udulmasında və dalğa təsirinin azaldılmasında mühüm rol oynayır. Bununla belə, maneə bu ərazilərdə çöküntülərin yığılmasının qarşısını ala bilər və uzunmüddətli ziyana səbəb ola bilər.
Beləliklə, Bacandakı yeni həyat çimərlik həvəskarları üçün yaxşı xəbər olsa da, gələcəkdə narahatedici dəyişikliklərin də xəbərçisi ola bilər.
Vanuatudakı dağıdıcı zəlzələdə 14 nəfər...
ABŞ-lı astronavtlar 6 aydır Yerə qayıda...
İsveçdə qadınlarda xərçəngin erkən...
Alimlər qan damarlarının formalaşmasında...
Kalorili qida piylənmə vəziyyətindən...