18 dekabr 2024, çərşənbə Bakı, 13°C
IMG-LOGO

İranda bir çox sənaye zonaları təbii qaz çatışmazlığı səbəbindən fəaliyyətini dayandırıb.

17-12-2024
IMG

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, ölkədə təbii qazın olmaması səbəbindən bəzi sənaye bölgələrində fabrik və emalatxanaların fəaliyyəti dayanıb. 

İranın təbii qaz ehtiyacının 945 milyon kubmetr olmasına baxmayaraq, təxminən 840 milyon kubmetr hasil edildiyinə diqqət çəkən İran rəsmilərinin məlumatına görə, normal hava şəraitində gündəlik təxminən 100 milyon kubmetr enerji kəsiri var. 

Ölkənin 945 milyon kubmetr təbii qaza olan tələbatının 620 milyon kubmetrdən çoxunu yalnız məişət, ticarət müəssisələri və kiçik sənaye müəssisələri istehlak edir.

Qeyd edək ki, ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatlarına görə, Rusiya 47 trilyon kubmetrlə dünyada təsdiqlənmiş ən böyük təbii qaz ehtiyatlarına sahibdir, İran isə 34 trilyon kubmetrlə ən yüksək qaz ehtiyatına malik ikinci ölkədir.

Paylaş: