Kerç boğazında fırtına səbəbindən tankerlər zədələnib, neft sızması baş verib
Kerç boğazında fırtına səbəbindən iki neft tankeri zədələnib.
Fhnews.az TASS-a istinadla xəbər verir ki, yük gəmilərindən biri saya oturub. Gəminin batması nəticəsində neft sızması baş verib.
Məlumata görə, yüklə dolu olan "Volqoneft-212" və “Volqoneft-239” tankerləri sıradan çıxıb. Hadisə sahildən 8 kilometr aralıda baş verib.
“Rosmorrechflot” xəbər verir ki, hadisə nəticəsində neft sızması baş verib.
Xilasedicilər sahilə çıxan tankerdən 13 dənizçinin hamısını təxliyə ediblər, onlardan 1-i ölüb.
Vanuatudakı dağıdıcı zəlzələdə 14 nəfər...
ABŞ-lı astronavtlar 6 aydır Yerə qayıda...
İsveçdə qadınlarda xərçəngin erkən...
Alimlər qan damarlarının formalaşmasında...
Kalorili qida piylənmə vəziyyətindən...