18 dekabr 2024, çərşənbə Bakı, 14°C
IMG-LOGO

Ağ Ev ABŞ-da səmada görünən “sirli obyektlər”in  PUA olduğunu açıqlayıb

17-12-2024
IMG

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi ABŞ-nın bəzi ştatlarında səmada görünən “sirli obyektlər”in  qanuni olaraq uçuşuna izacə verildiyi  pilotsuz uçuş aparatları olduğunu bildirib.

İştirak etdiyi onlayn konfransda Kirbi FTB-nin son həftələr ərzində "sirli obyekt" müşahidələri ilə bağlı təxminən 5000 hesabat aldığını və təxminən 100 işin əlavə araşdırma tələb etdiyini bildirib.

Nyu Cersi və Nyu York da daxil olmaqla ABŞ-nın şimal-şərqindəki "sirli obyekt" bildirişlərinin qanunla icazə verilən kommersiya və ya hobbi xarakterli  PUA fəaliyyətləri ilə əlaqəli olduğuna diqqət çəkən Kirbi anormal bir vəziyyət olmadığını qeyd edib. Kirbi "Nyu Cersi və ya Şimal-şərqdəki digər əyalətlərdə mülki hava məkanında hər hansı anormallıq, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik riski aşkar etmədik. İşlərimiz davam edir."-deyib. 

Qeyd edək ki, 1 milyondan çox dron Federal Aviasiya Administrasiyasında  qeydiyyatdan keçib və minlərlə kommersiya, hobbi və hüquq-mühafizə məqsədli  PUA-lar Birləşmiş Ştatlarda qanuni fəaliyyət göstərir.

Paylaş: