18 dekabr 2024, çərşənbə Bakı, 13°C
IMG-LOGO

Avropa Birliyi peyk internet sistemini tətbiq etməyə hazırlaşır

17-12-2024
IMG

Avropa Birliyi təhlükəsiz və davamlı rabitə infrastrukturu yaratmaq üçün hazırladığı peyk vasitəsilə internet xidməti təmin edəcək “İRİS” üçün güzəşt müqaviləsi imzalayıb.

Aİ Komissiyası “SpaceRISE” konsorsiumu ilə 290 peykdən ibarət çoxorbitli peyk internet sistemi “IRIS” üçün müqavilə imzalandığını açıqlayıb.
Açıqlamada “IRIS”-in uzunmüddətli çətinliklərə qarşı etibarlı, davamlı və qabaqcıl peyk bağlantısı təklif edəcəyi vurğulanıb. Həmşinin “IRIS”-in istifadəçilərə qabaqcıl əlaqə xidmətləri təqdim edəcəyi və Aİ daxilində əlaqə boşluqlarını aradan qaldıracağı, sistemin Avropanın strateji muxtariyyətini və texnologiyasını dəstəkləyəcəyi qeyd edilib.

Bu sistem həm orta, həm də aşağı orbitin üstünlüklərindən faydalanacaq, özəl şirkətlərə və vətəndaşlara yüksək sürətli genişzolaqlı internet xidməti təqdim edəcək.

Bəyanatda bildirilib ki, konsorsiumla 12 illik konsessiya müqaviləsi 2030-cu ilə qədər kommersiya əlaqəsi xidmətləri göstərmək üçün güclü dövlət-özəl tərəfdaşlıq təşkil edir. “İRİS”-in dövlət maliyyələşdirilməsi Aİ və Avropa Kosmik Agentliyi  tərəfindən təmin ediləcək.

Bu platforma ABŞ-dakı Starlink sistemi və bu sahədə sayının artması gözlənilən digər sistemlərlə rəqabət aparmaq məqsədi daşıyır.
Aİ ümumi dəyərinin 10 milyard avroya çatacağı gözlənilən “İRİS”ə öz büdcəsindən əhəmiyyətli maliyyə resursları ayırmağı planlaşdırır.

Paylaş: