“Divanü Lüğat-it-Türk”ün 950 illik yubileyi UNESCO-nun yubileylər siyahısına daxil edilib
XI əsrdə yaşamış böyük türk alimi Mahmud Kaşğarinin türk dünyasının ilk ensiklopedik əsəri olan “Divanü Lüğat-it-Türk”ün 950 illik yubileyi UNESCO-nun 2024-2025-ci ildönümləri siyahısına daxil edilib.
Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən verilən açıqlamada, bu qərarın Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın ortaq təklifi, Macarıstan, Mavritaniya, Mərakeş, Qətər və Tacikistanın dəstəyi ilə alındığı bildirilib.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova "Divanü Lügat'it-Türk” sadəcə bir lüğət deyil, türk dillərinin zənginliyinin, türk adət-ənənələrinin hikmətinin və türk mədəniyyətinin canlılığının xülasəsidir. Lüğətin 950 illik yubileyi təkcə bir anım tədbiri deyil, həm də sürətli qloballaşma dövründə qeyri-maddi türk irsinin qorunub saxlanması üçün səyləri gücləndirməyə çağırışdır"-deyə tədbirin nə qədər əhəmiyyətli olduğunu bildirib.
Vanuatudakı dağıdıcı zəlzələdə 14 nəfər...
ABŞ-lı astronavtlar 6 aydır Yerə qayıda...
İsveçdə qadınlarda xərçəngin erkən...
Alimlər qan damarlarının formalaşmasında...
Kalorili qida piylənmə vəziyyətindən...