18 dekabr 2024, çərşənbə Bakı, 13°C
IMG-LOGO

Pediatr: Uşaqlıq dövründə nizamlı və balanslı qidalanma çox vacibdir

17-12-2024
IMG

Sağlam həyat tərzi və düzgün qidalanma mədə narahatlığını azalda bilər. Həmin problemin əsas səbəbləri qida rejimindəki sistemsizlik, məktəb yaşlarında və abituriyentlərdə fiziki yüklənmə, inək südünə allergiya, stres, Helicobacter pylori infeksiyası, genetik faktor və iltihabəleyhinə bəzi dərman maddələrinin uzunmüddətli istehlakıdır.

Fhnews.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Dilarə Bayramova deyib.

Onun sözlərinə görə, mədə-bağırsaq xəstəlikləri böyüyən və inkişaf edən uşaqlarda daha çox rast gəlinir, çünki uşaqlar tamamilə valideynlərindən asılıdırlar: “Yalnız valideynlər uşağa sağlam həyat tərzinin əsaslarını, düzgün qidalanmanı və yemək davranışı mədəniyyətini aşılaya bilərlər”.

Pediatr bildirib ki, körpəlik və uşaqlıq dövründə böyümə və inkişafın tarazlı olması üçün nizamlı və balanslı qidalanma böyük əhəmiyyət kəsb edir: “Hər bir xəstəlikdə olduğu kimi, qastroenteroloji xəstəliklərdə də erkən diaqnoz qoyularaq müayinə edilməsi çox vacibdir, çünki uşaqlıq dövründə aşkar edilən mədə-bağırsaq traktının patologiyası müalicəyə yaxşı cavab verir və gələcəkdə müxtəlif xəstəliklərin qarşısını almağa kömək edir”.

Paylaş: