İngiltərədə hər dörd evdən biri 2050-ci ilə qədər daşqın təhlükəsi ilə üzləşə bilər
Böyük Britaniyanın Ətraf Mühit Agentliyinin iqlim dəyişikliyinin təsirlərini özündə əks etdirən modelləşdirmə üsullarından istifadə etməklə apardığı son təhlilinə görə, çaylar, dənizlər və ya səth sularından gələn daşqınlar hazırda ölkədə 6,3 milyon evi təhlükə altına qoyur. Bu rəqəm Ətraf Mühit Agentliyinin əvvəlki qiymətləndirməsinə görə 43 faiz çoxdur.
Hesablamalara görə, qlobal temperatur və onların təsirləri artdıqca daşqın riski 2050-ci ilə qədər 8 milyon evə təsir edə bilər. Bu o deməkdir ki, İngiltərədə hər dörd evdən biri 2050-ci ilə qədər daşqın təhlükəsi ilə üzləşə bilər.
Qeyd edək ki, İngiltərədə son olaraq keçən ay təsirli olan “Bert” fırtınasının səbəb olduğu güclü külək və əlverişsiz hava şəraiti səbəbiylə 5 nəfər həyatını itirib, İngiltərənin bir hissəsi olan Uelsdə evləri və yolları su basmışdı.
Vanuatudakı dağıdıcı zəlzələdə 14 nəfər...
ABŞ-lı astronavtlar 6 aydır Yerə qayıda...
İsveçdə qadınlarda xərçəngin erkən...
Alimlər qan damarlarının formalaşmasında...
Kalorili qida piylənmə vəziyyətindən...