AQTA-nın əməkdaşı EPPO-nun seminarında iştirak edib
Fransanın paytaxtı Parisdə “Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) gələcək işləri ilə bağlı seminar” keçirilib. Seminarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdir müavini - Bitki mühafizəsi vasitələri və aqrokimyəvi maddələrin tənzimlənməsi sektorunun müdiri Cavidan Quliyev iştirak edib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, seminarın təşkil olunmasında əsas məqsəd təşkilata üzv ölkələrdə bitki mühafizə vasitələrinin qeydiyyatına və bitki sağlamlığının tənzimlənməsinə cavabdeh olan qurumlara əvvəlcədən göndərilmiş sorğunun nəticələrinə əsasən, “EPPO-nun həm Fitosanitar Qaydalar, həm də Bitki Mühafizəsi Vasitələri sahəsində 2026-2030-cu illər üzrə Strateji Planı”nın inkişafı üçün ideya və təkliflərin verilməsi olub.
Seminarda 18 üzv ölkədən, Avropa Komissiyasından və EPPO Katibliyindən ümumilikdə 28 ekspert iştirak edib.
Seminar zamanı təşkilatçılar tərəfindən EPPO-nun fəaliyyəti ilə əlaqədar verilmiş suallar əsasında səsvermə yolu ilə qiymətləndirmələr həyata keçirilib, qruplar şəklində müzakirələr aparılıb, eyni zamanda, EPPO-nun bitki sağlamlığı və karantini, o cümlədən bitki mühafizəsi sahəsində hazırladığı müvafiq sənədlər, həmçinin göstərilən xidmətlərin üzv ölkələr üçün effektivliyi təhlil edilib. Müzakirələr nəticəsində iştirakçılar tərəfindən təqdim olunmuş cavablar əsasında EPPO-nun gələcək işləri üzrə təkmilləşdirmələrin aparılmasına ehtiyac olan istiqamətlər müəyyən edilib.
Yekunda EPPO-ya üzv ölkələrin səlahiyyətli nümayəndələrinin, habelə EPPO Katibliyi əməkdaşlarının iştirakı ilə aparılmış müzakirələrin nəticələrinə əsasən, “EPPO-nun həm Fitosanitar Qaydalar, həm də Bitki Mühafizə Vasitələri sahəsində 2026–2030-cu illər üzrə Strateji Planı”nın ilkin redaksiyası hazırlanıb.
İki gün davam edən tədbir çərçivəsində EPPO-nun gələcək işləri ilə bağlı Strateji Planın hazırlanması məqsədilə Cavidan Quliyev Agentliyin bu sahə üzrə fəaliyyət istiqamətinə uyğun ideya və təkliflərini bildirib. O, eyni zamanda verilən suallar əsasında ölkəmizdə bitki sağlamlığı və karantini, o cümlədən bitki mühafizəsi sahəsində görülmüş işlər barədə tədbir iştirakçılarına geniş məlumat verib və digər ölkələrin təcrübələrinin öyrənilməsi üçün fikir mübadiləsi aparıb.
Dağlıq rayonlarda 8 dərəcəyədək şaxta...
Bakıda tıxac olan yollar açıqlanıb –...
Bu gün Bakının iki rayonunun bəzi...
“Süni intellekt və media savadlılığı”...
Bakıda “KİA” markalı minik...