Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Milli Hidrometeorologiya Xidməti dekabrın 18-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Xidmətdən verilən məlumata görə, Laçın, Neftçala, Oğuz, Qusar, Qəbələ, Şamaxı, İsmayıllı, Xızı, Şəki, Zaqatala, Qobustan, Göyçay, Zəngilan, Lerik, Yardımlı, Cəlilabad, Ağdaş, Ucar, Kürdəmir, Yevlax, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Zərdab, Mingəçevir, Goranboy, Naftalan, Göygöl, Gəncə, Samux, Şabran, Xaçmaz, Qax, Ağsu, Balakən, Saatlı, Sabirabad, Salyan, Hacıqabul, Şirvan, Siyəzən, Biləsuvar, Quba, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazaxda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında, Kəlbəcərdə isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-qərb küləyinin əsəcəyi və küləyin sürətinin saniyədə 20.8-28.4 metr olacağı gözlənilir.
Dağlıq rayonlarda 8 dərəcəyədək şaxta...
Bakıda tıxac olan yollar açıqlanıb –...
Bu gün Bakının iki rayonunun bəzi...
“Süni intellekt və media savadlılığı”...
Bakıda “KİA” markalı minik...