18 dekabr 2024, çərşənbə Bakı, 13°C
IMG-LOGO

İngiltərədə təxminən 4000 il əvvələ aid sümüklərdə "kannibalizm” izləri tapılıb

16-12-2024
IMG

Elm adamları İngiltərənin Somerset bölgəsində təxminən 4 min il əvvəl baş verən hücumda təxminən 37 nəfərin adamyeyənlər tərəfindən yeyilmiş ola biləcəyini irəli sürüblər. 

Təcavüzkarlar tərəfindən 15 metrlik quyuya atıldığı düşünülən təxminən 3 min sümük parçası arxeoloqlar qrupu tərəfindən analiz edilib.
Hücumu İngiltərədə Tunc dövründə aşkar edilən ən böyük zorakılıq hadisəsi olaraq qeyd edən elm adamları, qurbanların daş alətlərlə parçalandığını və təcavüzkarlar tərəfindən ritual məqsədlərlə yeyildiyinə dair dəlillər tapıblar.

Mütəxəssislər erkən Tunc dövründə İngiltərədə kəndlərin ümumiyyətlə 50-100 nəfərdən ibarət olduğunu və bu kannibalizm hadisəsinin demək olar ki, bütün icmanı məhv edə biləcəyini söyləyib. 

Tədqiqatçı alim, Oksford Universitetinin Arxeologiya Departamentinin professoru  Rik Şultinq qeyd edib ki, qurbanlar "dəhşətli mesaj vermək" və ya "insanlıqdan çıxarmaq üçün" adamyeyənlər tərəfindən yeyilmiş ola bilər.

Bu qırğının intiqam hissi ilə həyata keçirilə biləcəyini və təsirlərinin nəsillərə ötürüldüyünü ifadə edən Şultinq  deyir ki, heyvan qalıqları ilə birlikdə sümük parçalarının tapılması, o zaman kifayət qədər qida olduğunu və hücum edənlərin aclıq səbəbindən qurbanları yemədiklərini göstərir.

Bu, Tunc dövründən ilk sənədləşdirilmiş kannibalizm hadisəsi kimi qeydə alınıb. Qurbanların sümük qalıqları ilk dəfə 1970-ci illərdə Mendip Hillsdəki Charterhouse Varren mağaralarında tapılıb.

Paylaş: