18 dekabr 2024, çərşənbə Bakı, 13°C
IMG-LOGO

Psixonevroloji sosial xidmət müəssisəsinin sakinləri Şamaxıda ekskursiyada olublar
 

16-12-2024
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı psixonevroloji sosial xidmət müəssisəsinin bir qrup benefisiarı üçün ekskursiya təşkil olunub.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, benefisiarlar Mirzə Ələkbər Sabirin Şamaxı şəhərində yerləşən ev-muzeyində gedərək oradakı eksponatlar barədə geniş məlumat alıblar.

Sonra sakinlər rayondakı Şəhidlər xiyabanını ziyarət ediblər. Şəhidlərin məzarları üzərinə çiçək dəstələri düzülüb.

Ekskursiyanın məqsədi müəssisə sakinlərinin sosial adaptasiyasına dəstək vermək olub.

Qeyd edək ki, 2 saylı psixonevroloji sosial xidmət müəssisəsində hazırda 111 şəxsə müvafiq xidmətlər göstərilir. Sakinlər ilkin tibbi-sosial yardım, reabilitasiya xidmətləri, psixoloji və psixatrik yardımla yanaşı, keyfiyyətli ərzaq məhsulları, təmiz geyim və yataq dəstləri ilə təmin olunurlar.

Paylaş: