Bakıda keçirilən bədii gimnastika üzrə "Qış nağılı" beynəlxalq turniri başa çatıb
Bakıda keçirilən bədii gimnastika üzrə "Qış nağılı" beynəlxalq turnirinə yekun vurulub.
Milli Gimnastika Arenasında təşkil olunan yarışda 2009-2018-ci il təvəllüdlü gimnastlar ayrı-ayrı alətlərdə qüvvələrini sınayıblar. Turnirdə xarici ölkələrdən bədii gimnastlar da bacarıqlarını nümayiş etdiriblər.
Son yarış günündə ilk olaraq 2012, 2013, daha sonra isə 2009, 2010, 2011, 2014 və 2015-ci ildə anadan olmuş idmançılar arasında qaliblər müəyyənləşib. Yer tutanlara medal, diplom və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, iki gün davam edən turnir, həmçinin gələn ildən qüvvəyə minəcək yeni yarış qaydalarını mənimsəmək məqsədi daşıyıb.
Böyük Britaniya Olimpiya Oyunları üçün...
Azərbaycan Cüdo Federasiyasının...
Fərid Qayıbov: Azərbaycan şahmatında...
Azərbaycan konkisürənləri beynəlxalq...
FHN-in kişilərdən ibarət voleybol...