18 dekabr 2024, çərşənbə Bakı, 13°C
IMG-LOGO

Ər-Riyadda İƏT-ə üzv dövlətlərin əczaçılıq fəaliyyətini tənzimləyən qurumlarının iclası keçiriləcək

16-12-2024
IMG

Dekabrın 17-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı ər-Riyadda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərdə əczaçılıq fəaliyyətini tənzimləyən qurumların rəhbərlərinin üçüncü iclası işə başlayacaq.

Fhnews.az “ər-Riyad” qəzetinə istinadla xəbər verir ki, “Əczaçılıq sahəsinin tənzimlənməsi, tədqiqat və inkişaf sistemlərinin gücləndirilməsi: mükəmməl tənzimləməyə doğru yollar” mövzusunda keçiriləcək tədbirdə üzv dövlətlərin milli tənzimləmə qurumlarının rəhbərləri və nümayəndələri, həmçinin regional və beynəlxalq təşkilatların bir sıra təmsilçiləri iştirak edəcək.

İki gün davam edəcək iclasda fərdlərin təhlükəsiz, səmərəli və yüksək keyfiyyətli dərmanlara əlçatanlığının təmini yolları müzakirə olunacaq. Eyni zamanda, tədbirin məqsədi milli tənzimləmə qurumları arasında birgə fəaliyyətin və konstruktiv əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verməkdir.

Bundan başqa, tədbirdə milli tənzimləmə qurumları arasında əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə İslam Əməkdaşlıq Təşkilatının fəaliyyət planı müzakirə olunacaq. Biotexnologiyaların lokalizasiyası, tədqiqat və inkişaf üçün tənzimləmə mühitinin yaxşılaşdırılması, yüksək keyfiyyətli dərmanlar və peyvəndlərin təminatı mövzuları diqqət mərkəzində olacaq.

Paylaş: