18 dekabr 2024, çərşənbə Bakı, 13°C
IMG-LOGO

Türkiyədən Sednaya həbsxanasına axtarış-xilasetmə qrupu göndərilib

16-12-2024
IMG

Türkiyə Suriyada devrilən rejimin Müdafiə Nazirliyinə bağlı Sednaya Hərbi Həbsxanasında qapalı qaldığı ehtimal edilənləri axtarmaq üçün yardım göstərəcək. Bununla bağlı 80 nəfərlik AFAD qrupu bu gün axtarış və yoxlama fəaliyyətlərinə başlayacaq.

AFAD qrupları köhnə rejim əleyhinə nümayişçilərin saxlandığı və işgəncələrə məruz qaldığı yer kimi tanınan Sednayada qabaqcıl axtarış-xilasetmə vasitələri ilə ətraflı axtarış və yoxlama əməliyyatı həyata keçirəcək.

Paylaş: