18 dekabr 2024, çərşənbə Bakı, 13°C
IMG-LOGO

Dünyaca məşhur şəhərdə küçədə siqaret çəkmək qadağan ediləcək

16-12-2024
IMG

İtaliyanın Milan şəhərində açıq havada siqaret çəkmək qadağası bələdiyyənin verdiyi qərarla 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Əvvəllər müəyyən ərazilərlə məhdudlaşdırılan qadağanın əhatə dairəsi yeni ildən etibarən bütün ictimai açıq yerləri əhatə edəcək şəkildə genişləndiriləcək. Qadağaları pozanlar 40-240 avro arasında cərimə olunacaqlar.

2021-ci ildən başlayaraq Milanda Hava Keyfiyyəti Qaydaları çərçivəsində açıq havada siqaret çəkməyə müxtəlif məhdudiyyətlər tətbiq edilib. Parklarda, uşaq meydançalarında, qəbiristanlıqlarda, stadionlarda və avtobus dayanacaqlarında başqalarından 10 metr məsafə saxlanmadığı təqdirdə siqaret çəkmək qadağan edilib. 2025-ci ildə qüvvəyə minəcək yeni qaydalarla bu qadağa küçələri, restoranların və barların açıq masalarını əhatə edəcək şəkildə genişləndiriləcək. 

Qeyd edək ki, Milan Avropanın ən çox hava çirkliliyinə malik şəhərlərindən biri kimi tanınır. Avropa İttifaqının Kopernik Atmosfer Monitorinq Xidməti və ətraf mühitin mühafizəsi təşkilatlarının hesabatlarına görə, şəhər PM 2.5 kimi havanın çirklənmə göstəricilərinə görə Avropada ən yüksək göstəricilərə malikdir.

Paylaş: