On bir ayda əlilliyi olan şəxslərə 87,7 min reabilitasiya vasitəsi verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-noyabr aylarında əlilliyi olan şəxslərə 87,7 min reabilitasiya vasitəsi verib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bunlardan 5,8 mini təkərli oturacaq (o cümlədən 238-i mühərrikli təkərli oturacaq), 1,8 mini aşağı və yuxarı ətraf protezi, habelə 2,1 mini eşitmə aparatı, 2,6 mini qoltuqaltı və dirsəkaltı ağac, 159-u korset olub. Həmin şəxslərə 3,1 min cüt protez ayaqqabı və 5,9 min ortopedik ayaqqabı və s. reabilitasiya vasitələri də təqdim olunub.
Bu ilin 11 ayı ərzində ümumilikdə 11,2 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib.
Dağlıq rayonlarda 8 dərəcəyədək şaxta...
Bakıda tıxac olan yollar açıqlanıb –...
Bu gün Bakının iki rayonunun bəzi...
“Süni intellekt və media savadlılığı”...
Bakıda “KİA” markalı minik...