18 dekabr 2024, çərşənbə Bakı, 13°C
IMG-LOGO

Qahirədə islam ölkələrinin D8 qrupunun sammiti keçiriləcək

17-12-2024
IMG

Dekabrın 19-da Misirin paytaxtı Qahirədə inkişaf etməkdə olan islam ölkələrinin daxil olduğu D8 qrupunun zirvə görüşü keçiriləcək.

Fhnews.az “əl-Əhram” portalına istinadla xəbər verir ki, “Gənclər üçün sərmayə və KOB-ların dəstəklənməsi. Sabahın iqtisadiyyatının formalaşması” mövzusunda keçiriləcək sammitə hazırlıq çərçivəsində sabah üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 21-ci iclası baş tutacaq.

Sammit çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də gözlənilir.

Qeyd edilməlidir ki, D8 qrupu 1997-ci ildə üzv ölkələrin iqtisadi əməkdaşlığına yardım məqsədi ilə yaradılıb. Hazırda qrupa üzv dövlətlər Malayziya, İndoneziya, Pakistan, İran, Banqladeş, Misir, Nigeriya və Türkiyədir. Misir ötən ilin mayından D8-ə sədrlik edir.

Paylaş: