Dünyanın ən böyük aysberqi şimala doğru hərəkət etməyə başlayıb
BBC-nin məlumatına görə, yaz aylarında Antarktida yaxınlığında ilişib qalan dünyanın ən böyük aysberqi A23a qaldığı nəhəng burulğandan çıxaraq yenidən hərəkətə başlayıb.Britaniya Antarktika Tədqiqatı aysberqin şimala doğru sürükləndiyini açıqlayıb. Qurumun tədqiqatçılarından biri, okeanoloq Andrev Meijers qeyd edib ki, A23a-nın yenidən fəaliyyətə başlaması həyəcanvericidir.
A23a-nın səth sahəsi təxminən 4 min kvadrat kilometr, qalınlığı isə təxminən 400 metr olaraq ölçülüb.
Qeyd edək ki, 1986-cı ildə Antarktika sahil zolağından qoparaq Veddell dənizində quruya oturaraq "buz adasına" çevrilən A23a keçən il 30 ildən çox müddətdə ilk dəfə aktivləşərək yazda nəhəng bir burulğana tutulmuşdu.
Vanuatudakı dağıdıcı zəlzələdə 14 nəfər...
ABŞ-lı astronavtlar 6 aydır Yerə qayıda...
İsveçdə qadınlarda xərçəngin erkən...
Alimlər qan damarlarının formalaşmasında...
Kalorili qida piylənmə vəziyyətindən...