Almaniyada M-pox virusu aşkar edilib
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Rösrath şəhərindəki özəl məktəbdə 2 uşaqda Mpox virusu aşkar edildikdən sonra təhsil cümə gününə qədər dayandırılıb.Yerli mətbuatda yayılan xəbərlərdə virusun ilk olaraq uşaqların ailəsində bir nəfərdə görüldüyü, daha sonra isə 2 uşağa keçdiyi bildirilib.
Sözügedən ailə üzvünün Afrikaya səyahəti zamanı Mpox virusunun clade 1b variantına yoluxduğu ehtimal edilir.
M-pox virusuna görə, avqustun 14-də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "ictimai sağlamlıq üçün beynəlxalq narahatlıq doğuran fövqəladə vəziyyət" elan edilib.
Vanuatudakı dağıdıcı zəlzələdə 14 nəfər...
ABŞ-lı astronavtlar 6 aydır Yerə qayıda...
İsveçdə qadınlarda xərçəngin erkən...
Alimlər qan damarlarının formalaşmasında...
Kalorili qida piylənmə vəziyyətindən...