18 dekabr 2024, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Mozambikdə qasırğa: 34 nəfər ölüb, 319 nəfər yaralanıb

18-12-2024
IMG

Cənubi Afrika ölkəsi Mozambikə təsir edən “Çido” qasırğası ciddi fəsadlara səbəb olub. Mozambik Milli Fəlakət Riskinin İdarə Edilməsi və Azaldılması İnstitutundan verilən açıqlamada qasırğadan 174 min 158 nəfərin mənfi təsirləndiyi, 34 nəfərin öldüyü, 319 nəfərin isə yaralandığı bildirilib. Həmçinin 5 mindən çox ev dağılıb. 

“Çido” qasırğası səbəbindən Fransanın Hind okeanındakı dəniz kənarındakı ərazisi Mayotta adasında da can itkisi artıb.

Paytaxt Mamoudzou meri Ambdilvahedou Soumaila verdiyi açıqlamada indiyədək 22 nəfərin həyatını itirdiyini, 1400-dən çox insanın yaralandığını bildirib. "Bu gün prioritetimiz su və qidadır. Təəssüf ki, bədəni çürüməyə başlayan və gigiyenik problem yarada bilən yerlərdə dünyasını dəyişən insanlar var. Elektrik enerjimiz yoxdur. Gecələr bu vəziyyətdən sui-istifadə edənlər var"-deyə Soumaila bildirib. 

Hava və dəniz yolu ilə adaya 20 ton ərzaq və suyun çatdırılacağı gözlənilir. Xilasetmə qrupları saatda 200 kilometr sürətlə əsən küləyin məhv etdiyi gecəqonduların dağıntıları arasında sağ qalanları axtarır.
Qonşu Malavidə isə qasırğa nəticəsində 7 nəfərin öldüyü açıqlanıb.

Paylaş: