Belçika son həftələrdə "gün işığı görməyib"
Belçika dekabrın əvvəlindən cəmi 6 saat 11 dəqiqə gündüz işığı görüb. Kral Meteorologiya İnstitutunun məlumatına görə, Brüsseldə bu ayın ən günəşli günü dekabrın 1-i olub, günəş 3 saat 44 dəqiqə ərzində özünü göstərib. Dekabrın 7-də gündüz 1 saat 55 dəqiqədən sonra səma tamamilə boz rəngə çevrilib.
İnstitut dekabr ayı üçün orta günəş işığının 48 saat 35 dəqiqə təşkil etdiyini bildirib. Qeyd edək ki, oktyabrın ortalarından bəri Brüsseldə ən günəşli gündə təxminən 6,5 saat gün işığı müşahidə edilir.
Sentyabr, oktyabr və noyabr ayları ərzində günəş cəmi 259 saat 47 dəqiqə görünüb. Bu müddət üçün orta göstərici 332 saat 52 dəqiqə təşkil edir.
1981-ci ildən başlayan ölçmələrə görə, ölkə son 3 ayda özünün "ən qaranlıq" dövrlərindən birini yaşayıb.
Ginnesin Rekordlar Kitabına düşən...
Avropada uşaqları qorumaq üçün...
Türkiyə Silahlı Qüvvələri daşqınlardan...
Belçika son həftələrdə "gün işığı...
Beynəlxalq Enerji Agentliyi: Bu il...