18 dekabr 2024, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Avropa İttifaqı Dəməşqdəki nümayəndəliyini yenidən açacaq

18-12-2024
IMG

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas AB-nin Dəməşqdəki nümayəndəliyini yenidən açacaqlarını açıqlayıb.

Kallas Avropa Parlamenti Baş Assambleyasında Suriya ilə bağlı keçirilən sessiyada çıxış edib. Vətəndaş müharibəsi zamanı Dəməşqdən Beyruta köçürülən AB missiyasından yüksək səviyyəli diplomatik heyəti Dəməşqə göndərdiyini xatırladan Kallas bildirib ki, yeni rəhbərlik və vətəndaş cəmiyyəti ilə ehtiyatlı əlaqə yaratmaq üçün bir prosesə başlamışıq.

"Biz Aİ-nin Dəməşqdəki səfirliyini yenidən açmağa hazırıq. Biz onun yenidən tam fəaliyyət göstərməsini istəyirik"deyə  Kallas bildirib. 
Bu addımın konstruktiv qarşılıqlı əlaqə üçün çox vacib olduğunu vurğulayan Kallas fikirlərini belə əsaslandırıb: 

"Suriya (Baas rejiminin süqutundan sonra) müsbət, lakin qeyri-müəyyən bir gələcəklə üz-üzədir. Biz ərəb ölkələri, Birləşmiş Millətlər Təşkilatı, ABŞ, həmçinin Türkiyə ilə bir araya gəlməliyik.”

Paylaş: