18 dekabr 2024, çərşənbə Bakı, 8°C
IMG-LOGO

Türkiyə Silahlı Qüvvələri daşqınlardan zərər çəkən Polşaya panel körpü dəstəyi verəcək

18-12-2024
IMG

Polşa  bu ilin  sentyabr ayında ölkənin cənub-qərbində baş verən daşqınlardan sonra Türkiyəyə dəstək üçün müraciət etmişdi. Çağırışa biganə qalmayan Türkiyə Silahlı Qüvvələri Milli Müdafiə Naziri Yaşar Gülərin göstərişi ilə Polşaya müvəqqəti panel körpüsü qurmaq üçün hərəkətə keçib.

Sentyabrın ortalarında Polşada baş verən daşqın nəticəsində bir çox körpünün zədələnməsi və Polşadan dəstək istəyi ilə əlaqədar olaraq, Quru Qoşunları Komandanlığının Mühəndislik İdarəsinin koordinasiyası ilə müvəqqəti körpünün tikintisi və dəstəyin verilməsi üçün lazımi hazırlıqlara başlanılıb.

Kırklarelinin Pınarhisar rayonunda 5-ci Korpus Mühəndislik Alayının Komandanlığının təşəbbüsü ilə həyata keçirilən işlərdə 46 nəfərlik heyət tərəfindən uzunluğu 36 metr, eni təxminən 4 metr və daşıma qabiliyyəti 50 ton olan panel körpünün quraşdırılmasına başlanılıb.İşlər başa çatdıqdan sonra yaxın vaxtlarda bölgəyə hərbi qulluqçuların göndərilməsi planlaşdırılır.

Paylaş: