TƏBİB-in tabeli tibb müəssisələrinə 24,2 milyon müraciət qeydə alınıb
Bu il TƏBİB-in tabeli tibb müəssisələrinə 24,2 milyon müraciət qeydə alınıb, 83,2 milyon xidmət göstərilib.
Fhnews.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov "Səhiyyə İdarəçiləri Zirvəsi 2024”-ün “Səhiyyədə yeni imkanlar” mövzusunda panel sessiyasında çıxışı zamanı deyib.
"Bunlar kifayət qədər böyük rəqəmlərdir. Bu qədər tibbi xidməti keyfiyyətli və əlçatan şəkildə təqdim edə bilmək üçün idarəçilik çox önəmlidir. Biz də işə qəbul prosesimizdə müasir tendensiyaları, yenilikçi idarəetmə metodunu mənimsəmiş və bunu uğurla fəaliyyətlərinə tətbiq edə biləcək rəhbər şəxslərə üstünlük veririk. 2024-cü il ərzində tibb müəssisələrimizin rəhbər heyətinin işə qəbul olunması üçün 133 namizədi müsahibəyə dəvət etmişik, onlardan 79 namizəd müsahibəni uğurla keçərək TƏBİB ailəsinin üzvlərinə çevriliblər. Bundan başqa, 21 müəssisənin ümumi ştat və strukturu dəyişilib", - deyə V.Qurbanov bildirib.
Dağlıq rayonlarda yollar buz bağlayacaq...
“Fövqəladə hallar uşaqların gözü ilə”...
TƏBİB-in icraçı direktoru: Qızılcaya...
Dənizdə dalğanın hündürlüyü 3,4 metrə...
TƏBİB-in tabeli tibb müəssisələrinə 24,2...