18 dekabr 2024, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Türkiyə ilə Azərbaycan arasında tranzit keçiş sənədi kvotası artırıldı

18-12-2024
IMG

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Türkiyə ilə Azərbaycan arasında tranzit keçid sənədi kvotasının 35 mindən 100 minə qaldırıldığını açıqlayıb.

Nazir yazılı açıqlamasında Türkiyə-Azərbaycan Quru Nəqliyyatı Müştərək Komissiyasının  iclasının keçirildiyini bildirib.

Türkiyədən Azərbaycana ixracın 81 faizinin quru yolla həyata keçirildiyinə diqqət çəkən Uraloğlu "Türkiyə ilə Azərbaycan arasında tranzit keçid sənədi kvotası 35 mindən 100 minə qaldırıldı.Keçid sənədlərinin ümumi sayı 180 min 500-ə çatıb. Biz son illərdə avtomobil daşımalarında istifadə olunan keçid sənədlərinin sayında əhəmiyyətli artıma nail olmuşuq. Bu addımla biz yol nəqliyyatında səmərəliliyi artıraraq ticarətin sürətlənməsini təmin etməyi hədəfləyirik."-deyib.

Uraloğlu ticarəti inkişaf etdirmək üçün birgə səylərin davam etdiriləcəyini də vurğulayıb.

“TRT haber”   iki ölkə arasında rəqəmsal inteqrasiyanın əldə edildiyinə diqqət çəkərək nazir Abdulkadir Uraloğlunin məsələ ilə bağlı bu fikirlərinə yer ayırıb : "Ölkələrimiz arasında elektron keçid sənədlərinin istifadəsinə başlanılıb. Sınaq kampaniyası zamanı elektron keçid sənədi verilən ilk türk avtomobili 2024-cü il dekabrın 14-də Azərbaycana daxil olub. Beləliklə, Özbəkistandan sonra Azərbaycanda elektron keçid sənədlərinin tətbiqinə başlanılıb. Tranzit daşıma üçün kvota 15 min, ikitərəfli daşıma üçün isə 500 ədəd müəyyən edilib. İnteqrasiya işləri davam etdikcə, fiziki sənədlər üçün müəyyən edilmiş kvotaların elektron sənədlərə çevrilməsinə qərar verilib."

Paylaş: