19 dekabr 2024, cümə axşamı Bakı, 7°C
IMG-LOGO

TƏBİB: Bəzi tibb müəssisələrinin elektron qeydiyyat sistemində fasilələr qeydə alınıb

19-12-2024
IMG

Bu gün səhər saatlarından ölkə üzrə internet təminatını həyata keçirən provayderlərin birində texniki nasazlıq yaranması səbəbindən bəzi tibb müəssisələrinin elektron qeydiyyat sisteminin fəaliyyətində fasilələr qeydə alınıb.

Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, problemin qısa müddətdə aradan qaldırılması istiqamətində internet provayderi tərəfindən işlər həyata keçirilir.

Paylaş: