BANM-in komandası Qazaxıstanda keçirilən startap yarışmasında qələbə qazanıb
SOCAR-ın Bakı Ali Neft Məktəbinin “İtarla” komandası “TikTok Startup Academy 3.0” də qalib gəlib. Onlar Anar Nəcəfli, Rəvan Quluzadə, Nicat Piriyev, Eliana Səttarova və Emil Abdullayevdir. Mentoru isə İnformasiya texnologiyaları kafedrasının baş müəllimi İlkin Balazadədir.
Bu barədə BANM-dən məlumat verilib.
Qazaxıstanın paytaxtı Astanada keçirilən müsabiqə “Astana.Hub” və “TikTok” platforması tərəfindən təşkil edilib.
Yarışmada iştirak etmək üçün Mərkəzi Asiya və Azərbaycandan 176 müraciət daxil olub, nəticədə 40 finalçı seçilib. Final mərhələsində isə 10 komanda qalib elan olunub. Bu qaliblər arasında Azərbaycanın 3 komandası da yer alıb.
Paytaxt üzrə 603 şagird fərdi təhsilə...
BŞTİ: İcma əsaslı məktəbəqədər təhsil...
BANM-in komandası Qazaxıstanda keçirilən...
Fənn müsabiqələrində paytaxt...
BDU boş olan və seçki müddəti başa...