BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir
Bakı Dövlət Universiteti (BDU) fakültə və kafedralarda boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir.
BDU-dan bildirilib ki, müsabiqəyə ümumilikdə 13 vəzifə çıxarılıb. Onlardan 3-ü kafedra müdiri, 10-u professor, baş müəllim, müəllim vəzifəsidir.
Müsabiqədə iştirak etmək üçün sənədlər seçkinin elan olunduğu gündən Elm və Təhsil Nazirliyinin “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na əsasən 1 ay müddətində, “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq 30 gün müddətində qəbul edilir.
Ünvan: AZ1148, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 33
BŞTİ: İcma əsaslı məktəbəqədər təhsil...
BANM-in komandası Qazaxıstanda keçirilən...
Fənn müsabiqələrində paytaxt...
BDU boş olan və seçki müddəti başa...
Peşəkar mühasib sertifikatı imtahanının...