FHN tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universitetində elmi-praktik konfrans keçirilib
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda Bakı şəhəri ali məktəblərinin tələbə elmi cəmiyyətlərinin fəalları, iş istiqamətləri həyat fəaliyyətinin təhlükəsizliyi ilə bağlı olan ali məktəblərin kafedra və fakültələrinin müəllim, professor heyəti və tələbələr iştirak ediblər.
Elmi konfransı giriş sözü ilə açan AMİU-nun tədris işləri üzrə prorektoru, professor Akif Qasımov bu tipli tədbirlərin həm professor-müəllim heyəti, həm də tələbələr üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb və konfransın işinə uğurlar arzulayıb.
Sonra FHN Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov çıxış edərək tədbirin məqsədi barədə məlumat verib, konfransın işində iştirak edən müəllim və tələbələrə təşəkkür edib.
Konfransda çıxış edən ATGTİ-nin nümayəndəsi Osman Müşəyev ali təhsil müəssisələrində “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda elmi-praktik konfransın təşkilinin vacibliyini bildirib. Həmçinin, natiq bu kimi tədbirlərin digər ali təhsil müəssiələrində də təşkil olunmasının əhəmiyyətini qeyd edib.
Sonra konfransda tələbələr mövzu üzrə təqdimatlarla çıxış ediblər.
Həmçinin, konfransda Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, strukturu barədə videoçarx nümayiş olunub.
Milli Məclisdə hakimliyə namizədlərlə...
Azərbaycan TDT-nin media və informasiya...
Ötən ay yaşa görə aylıq sosial müavinət...
AzMİU-da keçirilən “ICESCO Simulyasiya...
Botulizmə yoluxmamaq üçün nələrə diqqət...