19 dekabr 2024, cümə axşamı Bakı, 6°C
IMG-LOGO

DOST Agentliyində Ruanda nümayəndə heyəti ilə görüş olub

19-12-2024
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində ölkəmizdə səfərdə olan Ruanda Respublikasının İnkişaf Şurasının baş icraçi direktorunun müavini Juliana Muganzanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Nazirlikdən verilən məlumata görə, qonaqlar əvvəlcə 1 saylı DOST Mərkəzi, burada əhaliyə göstərilən xidmətlərlə tanış olublar. DOST konsepsiyası və sosial sahədə tətbiq olunan geniş elektronlaşma proqramına dair təqdimatlar edilib.

Nümayəndə heyəti ilə görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov son illər ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, DOST konsepsiyası barədə məlumat verib. Sosial sahədə icra olunan elektronlaşdırma proqramının nailiyyətləri diqqətə çatdırılıb.

Həmin sahələrdə Ruandanın müvafiq qurumları ilə təcrübə mübadilələri aparılmasına hazır olduğumuz qeyd edilib.

J.Muqanza nümayəndə heyətinin ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.

Görüşdə sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Paylaş: