20 dekabr 2024, cümə Bakı, 6°C
IMG-LOGO

Yaponiyada tullantılarla bağlı bələdiyyənin sərt qaydaları

19-12-2024
IMG

Dünyanın ən sərt təkrar emal qaydalarına malik olan ölkələrdən biri olan Yaponiyada zibillərini qaydalara uyğun ayırmayan şəxslərin və təşkilatların adlarının açıqlanması  qərara alınıb.

BBC news xəbər verir ki, Fukuşima Bələdiyyəsi 2025-ci ilin mart ayından etibarən evlərdən və iş yerlərindən atılan tullantıların ölçüsü, çəkisi və uyğun ayrılmasının həyata keçirilib-keçirilmədiyini araşdıracağını açıqlayıb.

Keçən il Fukuşimada qaydalara zidd atılan 9 min tullantı qeydə alınıb və şəhər rəhbərliyi bununla mübarizədə qərarlı olduğu mesajını verib.
Şəhər bələdiyyəsinin qəbul etdiyi qərara əsasən, bütün xəbərdarlıqlara baxmayaraq, zibil atma qaydalarına əməl etməyənlərin adları bələdiyyənin internet saytında açıqlanacaq.

Qeyd edək ki, Yaponiyanın hər bir şəhərinin öz qaydaları var. Məsələn, Fukuşimada tullantılar  saat 08.30-da toplama məntəqəsində buraxılmalıdır.

Qaydalara görə, zibilin təkrar emala yararlı, təkrar emala yararsız, alışan və alışmayan kimi müxtəlif torbalara qoyulması tələb olunur.

Paylaş: