Azərbaycanlı idmançı beynəlxalq fiqurlu konkisürmə yarışında qızıl medal qazanıb
Noyabrın 25-30-da Türkiyənin İstanbul şəhərində keçirilən “Bosphorus Cup” adlı yarışda Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə təmsil edən idmançımız Vladimir Litvintsev iştirak edib.
Bu barədə Qış İdman Növləri Federasiyasından məlumat verilib.
Bildirilib ki, Vladimir Litvintsev qısa və sərbəst proqram üzrə çıxışına görə 12 idmançı arasında 225.41 xal toplayaraq yekun nəticədə 1-ci yeri tutub və qızıl medala layiq görülüb.
Bununla yanaşı, yarışda Azərbaycanı yeniyetmə idmançılar Səbinə Əliyeva və Leyli Axundova təmsil edib.
Nəticədə 52 idmançı arasında Leyli Axundova 106.24 xalla 26-cı, Səbinə Əliyeva isə 106.12 xalla 27-ci yerdə qərarlaşıb.
Azərbaycan gimnastları Serbiyada...
Dünyada ən çox tamaşaçı toplayan...
Fərid Qayıbov: COP29 ölkəmizin həm...
Sumqayıtda Uşaq Paralimpiya Oyunları...
Gürcüstandan olan güləşçimiz beynəlxalq...