Avropa Kosmik Agentliyi süni Günəş tutulmasını yaradacaq iki peyki orbitə çıxarmağa hazırlaşır.
Agentliyin “Probe-3” missiyası Günəş atmosferinin ən xarici təbəqəsi olan tacın ətraflı öyrənilməsini təmin etmək üçün kosmosa iki peyk buraxacaq.Yer kürəsinin ətrafında elliptik orbitdə yerləşdiriləcək vasitələr süni günəş tutulmaları yaradacaq.
Nəqliyyat vasitələrinin birində günəş işığının qarşısını almaq üçün nəzərdə tutulmuş 1,4 metrlik disk var. Onun 150 metr arxasında yerləşən digər peyk isə kamera ilə təchiz edilib. Öndəki peyk ulduzun işığını kəsdiyi üçün, ayın günəş tutulmasında etdiyi kimi, arxadakı vasitə də tacı aydın şəkildə görəcək.
Her şey yolunda gedərsə iki peyk Hindistanın Satish Dhavan Kosmik Mərkəzindən 4 dekabrda yerli vaxtla saat 16.08-də buraxılacaq. İlkin olaraq Yerdən 600 kilometr uzaqlıqda yer alacaq ikilinin tutulma yaradılarkən planetdən təxminən 60 min kilometr uzaqda olması gözlənilir.
Avropa Kosmik Agentliyi bildirir ki, iki illik missiya zamanı nəqliyyat vasitələri arasındakı məsafə bir millimetrdən çox kənara çıxmayacaq. Bu müddət ərzində Yer kürəsinin orbitinə çıxmağa davam edəcək vasitələrin cəmi min ayrı günəş tutulması yaratması gözlənilir.
“Probe-3” missiyasının 6 saatlıq süni günəş tutulması alimlərə unikal imkan verəcək. İlk şəkillərin 2025-ci ilin martında gəlməsi gözlənilir.Missiyaya rəhbərlik edən Damien Qalano deyib ki, biz Günəşə ən yaxın uçuşu həyata keçirəcəyik, tacı görünən işıqda müşahidə edəcəyik.
Evdə çox əzizlənən, yaxud laqeyd...
Oturaq həyat tərzi ürək sağlamlığına...
Hindistanda 5,3 bal gücündə zəlzələ...
Rusiyanın Kamçatka bölgəsində zəlzələ...
Alimlər içməli sudakı mikroplastikləri...