Yüksək Texnologiyalar Parkı və Təhsilin İnkişafı Fondu arasında anlaşma memorandumu imzalanıb
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) və Təhsilin İnkişafı Fondu arasında anlaşma memorandumu imzalanıb.
YTP-dən bildirilib ki, bu memorandum, tədqiqatçılar, ali təhsil müəssisələri, elmi-tədqiqat institutları və sənaye tərəfdaşları arasında əlaqələri gücləndirərək texnologiyaların transferi, innovasiya və kommersiyalaşdırma sahələrində əməkdaşlıq çərçivəsini müəyyən edir.
Görüş zamanı tərəflər arasında Azərbaycanda innovasiya ekosistemini gücləndirmək üçün mümkün layihə təklifləri müzakirə olunub.
Sənədi YTP-nin baş direktoru Nihat Məcidov və Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov imzalayıblar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart...
BDU tələbəsi kapoeyra üzrə Avropa...
BANM-ın 24 tələbəsi “Aspire Leaders”...
DİM: Azərbaycan dili üzrə onlayn...
BDU əməkdaşları arasında “İlin alimi”...