Yunanıstanda UNESCO-nun siyahısındakı tarixi məkan təhlükə ilə üzləşib
Yunanıstanın Delos adası açıq səma altında arxeologiya muzeyi hesab edilir. Qədim yunan mifologiyasında incəsənət və işıq tanrısı hesab edilən Apollonun məbədi də bu adada yerləşir.
Fhnews.az “Kathimerini” saytına istinadla xəbər verir ki, tarixi məkan iqlim dəyişikliklərindən zərər görür. Adada suyun səviyyəsi hər il 2,8 millimetr artır və tarixi əsərlərə təhlükə yaranır. Ada 1990-cı ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Siyahıda iqlim dəyişikliklərinin ən çox təhdid etdiyi 13 obyekt arasında Delos adasındakı tarixi abidələr də yer alır. Alimlər adadakı tarixi obyektlərin qorunması üçün yollar axtarırlar.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...