Yunanıstanda meşə yanğınları nəzarət altına alınıb
Yunanıstanda son 24 saat ərzində 52 meşə yanğınından 44-ü nəzarətə alınıb.
Havadan və qurudan yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə onlardan 44-ü nəzarətə götürülüb, 8 məntəqədə yanğınla mübarizə davam edir.
Kos və Saqqız adalarında yanğınlara nəzarət etməkdə çətinlik yarandığı üçün Afinadan gücləndirmə dəstələri göndərilib.
Krit adasındakı yanğın səbəbiylə bəzi yaşayış məntəqələrinin ehtiyat tədbiri olaraq boşaldılması tələb edilib.
Yunan mətbuatında yer alan xəbərə görə, Serifos adasında şənbə günü baş verən meşə yanğınında Avropa Birliyi sərhədləri daxilində müəyyən edilən təbii ətraf mühitin mühafizəsi şəbəkəsi Natura 2000-ə aid ərazilərin dörddə biri məhv olub.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...