Yunanıstanda hava şəraiti ilə bağlı həyəcan təbili
Yunanıstanda İqlim Böhranı və Mülki Müdafiə Nazirliyinin ölkə daxilində qəfil hava dəyişikliyi ilə əlaqədar həyəcan təbili çalıb.
Yunan mətbuatında yer alan xəbərdə bəzi bölgələrdə həddindən artıq istilərin olmasına baxmayaraq, digər bölgələrdə şiddətli fırtına səbəbiylə daşqınlar yaşanıb. Xəbərdə ildırım çaxması nəticəsində bir çox yerlərdə yanğınların başladığı, İqlim Böhranı və Mülki Müdafiə Nazirliyinin hazırlıq vəziyyətində olduğu bildirilib.
Nazirliyin məlumatına görə, yerli vaxtla saat 13.00-17.00 radələrində ildırım çaxması nəticəsində 39 məntəqədə yanğın baş verib.
Thassos, Kozani, Fokida və Korinfdə ildırım çaxması nəticəsində yanğın olub, Dedeağaçda leysan yağışları nəticəsində isə dərə və çaylar daşıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...